Bazar ertəsi, 24 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir? 

Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir...

Qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda bir dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdır. Rubl da dəyərsizləşməkdə davam edir. Son bir ayda rubl dollara nisbətən 7 faizə yaxın dəyərsizləşib.

Bu barədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

Hər iki valyutaya təzyiqlər davam etdiyini yazan deputat qeyd edib ki, Türkiyədə məzənnənin sadəcə ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir:

“Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, kursun müəyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur”.

Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilmədiyini söyləyən V.Bayramov əlavə edib ki, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır:

“Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Poliqon.info


Etiket: lirə rubl manat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı: Yaralılar var - Video, Yenilənib

"Həmin evlərdən çox ürküdücü səslər gəlir" - Reabilitasiya Mərkəzində nə baş verir?

Şabrandakı basqında cinayətkarlar ev sahiblərini baltalayıblar  - Yenilənib

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Güləşçilərimiz Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Rusiya ordusu Ukraynada yarış motosikletlərindən istifadəyə başlayıb

Rusiya-Abxaziya sərhədində silahlı qarşıdurma baş verib

Ən çox oxunanalar